Xəbər lenti
Dəmir yumruq » Dünya » Rusiyadan xaricə pul köçürülməsi üçün məhdudiyyətlər uzadıldı
Dünya / 1-04-2023, 07:18

Rusiyadan xaricə pul köçürülməsi üçün məhdudiyyətlər uzadıldı

Rusiyadan xaricə pul köçürülməsi üçün məhdudiyyətlər uzadıldı




Rusiyadan xaricə pul köçürülməsinə tətbiq olunan məhdudiyyətlər daha altı ay uzadılıb.
Bu barədə Rusiya Mərkəzi Bankının məlumatında bildirilib. Qeyd olunub ki, məhdudiyyətlər bu ilin sentyabrın 30-dək qüvvədə olacaq.
Məhdudiyyətlərə əsasəm, Rusiya vətəndaşları və dost ölkələrin rezidentləri xarici bank hesablarına 1 milyon dollardan çox olmayan (və ya digər valyutalarda ekvivalenti) köçürə bilərlər.
- Pul köçürmə sistemləri vasitəsilə limit - 10 min dollardan çox olmamalıdır.
- Rusiyada işləyən qeyri-rezidentlər əmək haqqına bərabər məbləğdə xaricə vəsait köçürə bilərlər.
- Rusiyada işləməyən qeyri-rezident fiziki və hüquqi şəxslər üçün xaricə pul köçürmələri qadağandır. Rusiya vətəndaşları və ya təşkilatları tərəfindən idarə olunan xarici şirkətlər isə istisnadır.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.