Xəbər lenti
Dəmir yumruq » Dünya » NATO-nun baş katibi: Finlandiyanın üzvlük sazişini ratifikasiya etdiyi üçün Türkiyə parlamentini alqışlayıram
Dünya / 31-03-2023, 06:57

NATO-nun baş katibi: Finlandiyanın üzvlük sazişini ratifikasiya etdiyi üçün Türkiyə parlamentini alqışlayıram

NATO-nun baş katibi Yens Stoltenberq Finlandiyanın alyansa daxil olmaq ərizəsini təsdiqləyən Türkiyə parlamentinin qərarını alqışladığını bildirib.

AZƏRTAC xəbər verir ki, bu barədə o tviter hesabında yazıb.

“Mən Finlandiyanın üzvlük sazişini ratifikasiya etdiyi üçün Türkiyə parlamentini alqışlayıram. Bu, bütün NATO ailəsini daha güclü və təhlükəsiz edəcək”, - deyə o əlavə edib.

Qeyd edək ki, ötən gün Türkiyə parlamenti Finlandiyanın NATO-ya daxil olması ilə bağlı protokolun ratifikasiyası haqqında qanun layihəsini təsdiqləyib.

Beləliklə, Şimali Atlantika Alyansının bütün dövlətləri Helsinkinin ərizəsini ratifikasiya ediblər. Qalan rəsmiləşdirmələr başa çatdıqdan sonra Finlandiya rəsmi olaraq NATO-ya üzv olacaq.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.