İsrailin Baş Qərargah rəisi: Ölkədə xarici təhdidlər daxili fırtına ilə birləşib
İsrailin Baş Qərargah rəisi Herzi Halevi ölkəsinin xarici təhdidlərin və daxili fırtınaların birləşdiyi mürəkkəb günlərdən keçdiyini bildirib.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, Baş Qərargah rəisi bunu İsrail ordusuna müraciət edərkən söyləyib.
İsrail cəmiyyətinin mürəkkəb bir dövrdən keçdiyini vurğulayan Halevi deyib: “Hər baxımdan baş verənlərdən narahat olmamaq mümkünsüzdür”.
Məsuliyyəti öz üzərinə götürməyin zamanının gəldiyini bildirən Halevi sözlərinə belə davam edib: “Bizim müharibələr və əzablarımız olub, düşmənlərimizə qarşı əzmlə vuruşmuşuq. Bu, əvvəllər yaşadığımız dövrlərdən fərqli bir dövrdür. Xarici təhdidlərin və daxili fırtınaların birləşdiyi bu günlərə bənzər bir şey görməmişik”.