Dəmir yumruq » Dünya » Bakıda Mikayıl Müşfiqin və Vitautas Maçernisin poeziya gecəsi keçiriləcək
Dünya / 25-03-2023, 20:44

Bakıda Mikayıl Müşfiqin və Vitautas Maçernisin poeziya gecəsi keçiriləcək

Martın 29-da Bakı Marionet Teatrında Azərbaycan şairi Mikayıl Müşfiqin və Litva şairi Vitautas Maçernisin yaradıcılığına həsr edilmiş “Yenə o bağ olaydı” mövzusunda poeziya gecəsi keçiriləcək.

AZƏRTAC xəbər verir ki, tədbirin təşkilatçısı Litvanın Azərbaycandakı səfirliyidir. Gecədə şair və musiqiçilər Eqidius Navikas, Natəvan Məcidova, Fərizə Babayeva, Gülnur Məmmədova və Cəlal Səmədov Müşfiqin və Maçernisin ən məşhur əsərlərindən parçaları deklamasiya deyəcəklər. Gecənin aparıcısı rəssam Adilə Əfəndidir.

Gecədə yaradıcı ziyalıların nümayəndələri iştirak edəcəklər.

DəmirYumruq

Baş redaktor: Anar Əlişahoğlu
Telefon: +99499 100 99 23
Telefon: +99477 100 77 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.