“Intel” şirkətinin həmtəsisçisi Qordon Mur vəfat edib
ABŞ-nin “Intel” şirkətinin yaradıcılarından biri olan Qordon Mur 94 yaşında vəfat edib.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, şirkətin yaydığı məlumatda Qordon Murun Havaydakı evində ailəsinin əhatəsində vəfat etdiyi bildirilib.
Şirkətin baş direktoru Pat Qelsinger deyib ki, “mənim karyeram və həyatımın çox hissəsi Qordonun “Intel”də təqdim etdiyi imkanlar nəticəsində formalaşıb. Onun irsini davam etdirmək mənim üçün şərəfli və məsuliyyətlidir”.
“Intel” şirkəti 1968-ci ildə Qordon Mur və Robert Noys tərəfindən yaradılıb. Mur şirkətdə 1968-ci ildən 2006-cı ilədək işləyib.