Kahramanmaraşda 4,5 bal gücündə zəlzələ olub
Türkiyənin Kahramanmaraş vilayətinin Ekinözü rayonunda yerli vaxtla saat 07:39-da 4,5 bal gücündə zəlzələ baş verib.
AZƏRTAC xəbər verir ki, bu barədə məlumat Türkiyə Daxili İşlər Nazirliyinin Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyi (AFAD) saytında yer alıb. Zəlzələnin ocağı yerin 7 kilometr dərinliyində olub.