Baş nazir: Bu gün Gürcüstan çox mühüm çağırışlarla üz-üzədir
Bu gün dünyada baş verən proseslər, xüsusən də müharibələr çox ciddi narahatlıq doğurur. Demək olar ki, biz üçüncü dünya müharibəsi ilə üz-üzəyik.
AZƏRTAC xəbər verir ki, bu sözləri Gürcüstanın Baş naziri İrakli Qaribaşvili martın 24-də parlamentdəki çıxışı zamanı söyləyib.
Onun sözlərinə görə, bu gün Gürcüstan da çox mühüm çağırışlarla üz-üzədir. Buna görə də sülh çağırışları etmək və sabitlik yaratmaq qarşıda duran əsas vəzifələrdən biridir.
İ.Qaribaşvili deyib k, bu gün nüvə silahı ilə əlaqədar təhdidlər də çox ciddi narahatlıq doğurur.
O, Gürcüstanın sülh və sabitlik, dayanıqlı inkişaf və qarşılıqlı hörmətə söykənən tərəfdaşlığın tərəfdarı olduğunu xüsusi qeyd edib.