Argentinada 6,5 bal gücündə zəlzələ olub
Argentinada 6,5 bal gücündə zəlzələ olub.
AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, ABŞ Geoloji Xidməti (USGS) Argentinanın şimal-qərbindəki Jujuy bölgəsində yerli vaxtla saat 13.00-da baş verən zəlzələnin 209 kilometr dərinlikdə qeydə alındığını açıqlayıb.
Zəlzələ eyni maqnitudada Çilinin şimalında da hiss olunub.
İlkin məlumata görə, hadisə nəticəsində tələfat qeydə alınmayıb.