Ukraynanın yenidən bərpası 411 milyard dolar dəyərində qiymətləndirilir
Dünya Bankı, Avropa Komissiyası və Kiyevdəki səlahiyyətlilər Ukraynanın yenidən qurulmasını 411 milyard dollar dəyərində qiymətləndiririrlər.
AZƏRTAC TASS-a istinadla xəbər verir ki, bu barədə Röyters məlumat yayıb.
Məlumata görə, qeydedilən məbləğ 2022-ci il üçün hesablamalara görə, Ukraynanın ÜDM-sindən 2,6 dəfə çoxdur.
“2022-ci ilin sentyabrında analoji araşdırma Ukraynanın yenidən qurulmasının dəyərini 349 milyard dollar qiymətləndirib. Bu il ölkənin yenidənqurma üçün 14 milyard dollar investisiyaya ehtiyacı var. Ukraynanın enerji sisteminə dəyən ziyan 2022-ci ilin iyun ayına olan təxminlərlə müqayisədə 5 dəfə artıb”, - deyə məlumatda bildirilir.