Dəmir yumruq » Dünya » Avstraliyada milyonlarla ölü balıq sahilə çıxıb
Dünya / 19-03-2023, 09:48

Avstraliyada milyonlarla ölü balıq sahilə çıxıb

Avstraliyanın cənub-şərqində milyonlarla ölü balıq sahilə çıxıb, səlahiyyətlilər və alimlər buna daşqın və isti havaların səbəb olduğunu deyirlər.

AZƏRTAC xəbər verir ki, bu barədə şənbə günü “Associated Press” məlumat yayıb.

Məlumata görə, kütləvi balıq tələfatı, ehtimal ki, daşqından sonra suyun səviyyəsinin enməsi və nəticədə oksigeninin aşağı düşməsi səbəbindən baş verib. Vəziyyət isti hava şəraiti ilə daha da ağırlaşıb.

Ölü balıqların kütləvi şəkildə buraxıldığı ərazidə yerləşən Menindee şəhərinin sakinləri kəskin qoxudan şikayətlənirlər.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.