Dəmir yumruq » Dünya » Gürcüstanın Kvemo Svaneti bölgəsində 60 günlük karantin elan olunub
Dünya / 19-03-2023, 09:41

Gürcüstanın Kvemo Svaneti bölgəsində 60 günlük karantin elan olunub

Gürcüstanın Kvemo Svaneti bölgəsinin Ambrolauri bələdiyyəsi ərazisində itlərdə quduzluq faktı aşkar olunub.

AZƏRTAC xəbər verir ki, bununla əlaqədar bələdiyyə ərazisində 60 günlük karantin elan olunub və ev heyvanları tam izolyasiya edilib.

Bildirilib ki, ilk quduzluq faktı martın 14-də Kvartsxuti kəndində qeydə alınıb. Xəstəlik sonra daha iki kənddə qeydə alınıb. Ambrolauridəki aqrar yarmarka da bağlanıb.

Qeyd olunub ki, Ambrolauri bələdiyyəsində biri şəhər olmaqla, 70 yaşayış massivində 10 mindən çox insan yaşayır.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.