Dəmir yumruq » Dünya » Türkiyədə zəlzələdə həlak olanların sayı 49 min 500-ü ötüb
Dünya / 18-03-2023, 09:05

Türkiyədə zəlzələdə həlak olanların sayı 49 min 500-ü ötüb

Türkiyədə baş vermiş dağıdıcı zəlzələlərin qurbanlarının sayı demək olar, 49,6 min nəfərə çatıb. Episentri Kahramanmaraş vilayətində yerləşən zəlzələlər nəticəsində 49 min 589 nəfər həyatını itirib ki, onlardan 6 min 807 nəfəri xarici vətəndaşlardır.

AZƏRTAC xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında ölkənin vitse-prezidenti Fuat Oktay bildirib.

Xatırladaq ki, fevralın 6-da Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonunda 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ baş verib.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.