Xəbər lenti
Dəmir yumruq » Dünya » Beynəlxalq Cinayət Məhkəməsi Putinin həbsinə order verib
Dünya / 17-03-2023, 08:52

Beynəlxalq Cinayət Məhkəməsi Putinin həbsinə order verib

Beynəlxalq Cinayət Məhkəməsi (BCM) Rusiya Prezidenti Vladimir Putinin həbsinə order verib.

AZƏRTAC xəbər verir ki, bu barədə Haaqa məhkəməsinin saytında yerləşdirilmiş məlumatda bildirilib.

Qeyd olunub ki, BCM Ukraynadakı müharibə kontekstində iki nəfərin - Rusiya Prezidenti Vladimir Putinin və Mariya Lvova-Belovanın həbsinə order verib.

Əlavə edilib ki, Rusiya Prezidenti Vladimir Putin 2022-ci il fevralın 24-dən etibarən Ukraynanın işğal edilmiş ərazilərindən əhalinin (uşaqların) qanunsuz deportasiyası və qanunsuz olaraq Rusiyaya köçürülməsi kimi hərbi cinayətə görə məsuliyyət daşıyır.

Məhkəmə, həmçinin analoji ittihamlarla Rusiyanın Uşaq Hüquqları üzrə Müvəkkili Mariya Alekseyevna Lvova-Belovanın həbsinə order verib.

BMT-nin baş katibi Antonio Quterreş Beynəlxalq Cinayət Məhkəməsinin Rusiya liderinin həbsinə order verdikdən sonra Rusiya Prezidenti Vladimir Putinlə danışıqları davam etdirməyə hazır olduğunu bildirib. Bu barədə BMT baş katibinin nümayəndəsi Stefan Düjarrik deyib.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.