Xəbər lenti
Dəmir yumruq » Dünya » Liviyada 2,5 ton uran itib
Dünya / 16-03-2023, 16:59

Liviyada 2,5 ton uran itib

BMT-nin nüvə müfəttişləri bildiriblər ki, Liviyanın şərqində yerləşən bir ərazidə saxlanılan təxminən 2,5 ton təbii uran itib. AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) rəhbəri Rafael Qrossi təşkilata üzv dövlətlərə göndərdiyi məlumatda müfəttişlərin tərkibində uran filizi konsentratı olan 10 barabanın itdiyini qeyd edib. Onun bəyanatında vurğulanıb ki, "nüvə materialının hazırkı yeri ilə bağlı məlumatların itirilməsi nüvə təhlükəsizliyi ilə bağlı narahatlıqla yanaşı, radioloji risk də yarada bilər".

BAEA-nın rəhbəri bəyan edib ki, hazırkı vəziyyət dərhal aradan qaldırılmalı və itmiş uranla bağlı təhqiqat aparılmalıdır. “Agentlik bununla əlaqədar beynəlxalq nüvə təhlükəsizliyi standartlarının və nüvə təhlükəsizliyi təlimatlarının həyata keçirilməsi üçün lazımi yardımı göstərməyə hazırdır”, -deyə R.Qrossi bildirib.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.