Doqquz müttəfiq ölkə Ukraynaya 150-dən çox "Leopard" tankı verəcək
Ukraynanın doqquz müttəfiq ölkəsi hərbi yardım olaraq Kiyevə 150-dən çox "Leopard" tankı təqdim etməyi öhdəsinə götürüb.
AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ-nin müdafiə naziri Lloyd Ostin "Ramştayn" formatında keçirilən görüşün əvvəlində bildirib. Onun sözlərinə görə, Ukrayna tədarük ediləcək tankların köməyi ilə doqquz briqada yarada bilər.
"Ukraynanı "Leopard" tankları ilə təmin edən ölkələrin koalisiyası böyüməkdə davam edir", - Lloyd Ostin belə deyib.
O, həmçinin qeyd edib ki, son üç ay ərzində "Ramştayn" görüşlərinin bütün iştirakçıları Ukraynanın suverenliyini qorumaq imkanlarını gücləndirmək üçün əla liderlik nümayiş etdiriblər.