Adıyaman və Şanlıurfada daşqınlar nəticəsində həlak olanların sayı 14-ə çatıb
Türkiyənin Adıyaman və Şanlıurfa vilayətlərində daşqınlar nəticəsində həlak olanların sayı 14-ə çatıb.
AZƏRTAC “TRT Haber”ə istinadla xəbər verir ki, Türkiyənin daxili işlər naziri Süleyman Soylu Şanlıurfa vilayətində 12, Adıyamanda 2 nəfərin həyatını itirdiyini, 5 nəfərin axtarışlarının davam etdirildiyini bildirib.