Xəbər lenti
Dəmir yumruq » Dünya » Çin partlayıcı maddələrin istehsalına görə ABŞ-dan öndədir
Dünya / 12-03-2023, 15:39

Çin partlayıcı maddələrin istehsalına görə ABŞ-dan öndədir

Çin güclü partlayıcı maddələr yaratmağa müvəffəq olub və partlayıcı maddələrin istehsalı üçün əsas inqrediyent ixracatçısına çevrilib.

AZƏRTAC “Forbes” jurnalına istinadən xəbər verir ki, ABŞ standart nümunələrdən 40 faizdən daha güclü partlayıcı maddələr hazırlamağa çalışıb. Lakin SSRİ-nin dağılması ilə belə bir layihəyə ehtiyac aradan qalxıb.

Amerikalı mütəxəssislər CL-20 partlayıcısını təkmilləşdirməmək və onun istifadə oluna biləcəyi silahların hazırlanmasına sərmayə qoymamaq qərarına gəliblər.

Lakin Çin bu layihədə perspektiv görüb və inkişaf etdirib.

Xatırladaq ki, “Bloomberg” ABŞ Müdafiə Nazirliyinin Kəşfiyyat İdarəsinə istinadən yazıb ki, Çin hipersəs silahlarının hazırlanmasında Rusiyanı qabaqlayır və ola bilər ki, artıq Sakit Okeanda Amerika bazalarını vura bilən silahlar yaradıb.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.