Ukrayna hərbi xərclərini 13,61 milyard dollar artırmağı planlaşdırır
Ukraynanın bu il üçün dövlət büdcəsinin dəyişdirilməsi planlaşdırılır. Hərbi xərclər 500 milyard qrivna (13,61 milyard dollar) artırılacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə Ali Radanın deputatı Yaroslav Jeleznyak məlumat verib.
Deputat vurğulayıb ki, bu, Ukrayna tarixində büdcədə ən böyük artımdır.
Bundan əvvəl Y.Jeleznyak bildirib ki, cari ilin yanvar və fevral aylarında beynəlxalq tərəfdaşlar büdcə yardımı kimi Ukraynaya 6,3 milyard dollar köçürüblər.