Polşa və Slovakiya Ukraynaya döyüş təyyarələri göndərmək barədə razılığa gəliblər
Polşa və Slovakiya Ukraynaya döyüş təyyarələri göndərməyə hazır olduqlarını açıqlayıblar.
AZƏRTAC xəbər verir ki, bu barədə Slovakiyanın müdafiə naziri Yaroslav Nad sosial media hesabında etdiyi paylaşımda bildirib.
O, ölkəsinin Ukraynaya “Miq-29” tipli döyüş təyyarələri göndərmək barədə qərar verməsinin vaxtının çatdığını qeyd edib.
Slovakiyanın müdafiə naziri qeyd edib ki, bu gün İsveçdə polşalı həmkarı Mariusz Blaszczak ilə görüşdə Ukraynaya “Miq-29” döyüş təyyarələrinin göndərilməsi üçün prosesdə birgə iştirak etmək barədə razılığa gəliblər.
“Biz beynəlxalq koalisiyanın tərkibində “Miq-29” qırıcı təyyarələri Ukraynaya təhvil verməyə hazırıq”, - deyə Polşa Müdafiə Nazirliyinin açıqlamasında belə deyilir.
Polşa Prezidenti Anjey Duda dünən CNN telekanalına verdiyi açıqlamada beynəlxalq koalisiyanın tərkibində Sovet istehsalı olan “Miq-29” qırıcılarını Ukraynaya göndərməyə hazır olduqlarını bildirmişdi.