Dəmir yumruq » Cəmiyyət » Noyabrda ardıcıl 4 gün iş olmayacaq
Cəmiyyət / Dün, 10:05

Noyabrda ardıcıl 4 gün iş olmayacaq

 

Azərbaycanda bu ay ardıcıl 4 gün iş olmayacaq.
 
Demiryumruq.az xəbər verir ki, ölkəmizdə noyabrın 8-i Zəfər Günü, noyabrın 9-u isə Dövlət Bayrağı Günü qeyd olunur. Bu il Zəfər Günü bazar gününə təsadüf etdiyindən istirahət günü noyabrın 10-na keçirilib.
 
Beləliklə, noyabrın 7-dən 10-dək ardıcıl 4 gün iş olmayacaq. Noyabrın 11-i isə bayramlardan sonra ilk iş günü olacaq.
 
Onu da bildirək ki, 2026-cı ilin istehsalat təqviminə əsasən, beşgünlük iş həftəsi ilə çalışanlar üçün noyabr ayında ümumilikdə 11 qeyri-iş günü olacaq. Belə ki, həmin şəxslər üçün digər istirahət günləri də şənbə və bazar günlərinə təsadüf edir. Altıgünlük iş həftəsi ilə çalışanlar üçün isə ümumilikdə 7 qeyri-iş günü nəzərdə tutulub.
 
Qeyd edək ki, 12 Noyabr - Konstitusiya Günü və 17 Noyabr - Milli Dirçəliş Günü iş günü hesab edilən bayram günləridir.

DəmirYumruq

Baş redaktor: Anar Əlişahoğlu
Telefon: +99499 100 99 23
Telefon: +99477 100 77 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.