Dəmir yumruq » Cəmiyyət » Buraxılış imtahanlarının nəticələri elan olundu
Cəmiyyət / Dün, 21:53

Buraxılış imtahanlarının nəticələri elan olundu

 

Sentyabrın 6-da cari ilin buraxılış imtahanlarında üzrlü səbəbdən iştirak edə bilməyənlər üçün keçirilən buraxılış və Azərbaycan dili (dövlət dili kimi) imtahanının nəticələri elan olunub.
 
Bu barədə Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.
 
İmtahanda iştirak edən şagirdlər bu linkə daxil olaraq iş nömrəsi (8 rəqəmli şagird kodu) və şəxsiyyəti təsdiq edən sənədin nömrəsindən (və ya FİN kodundan) istifadə etməklə öz imtahan nəticələri, cavab vərəqinin qrafik təsviri ilə tanış ola bilərlər.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.