Ukrayna və Kanada “Əsrlik tərəfdaşlıq” haqqında bəyannamə imzalayıblar.
Demiryumruq.az xəbər verir ki, bu haqda “İnterfaks-Ukrayna” məlumat yayıb.
“Ukrayna Prezidenti Volodimir Zelenski və Kanada Baş naziri Mark Karni “Əsrlik tərəfdaşlıq” haqqında bəyannaməni imzaladılar”, - məlumatda deyilir.
Bəyannamədə iki ölkənin ikitərəfli münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəltmək niyyəti əksini tapıb.