Dəmir yumruq » Tədbir » "Biz Heydər babanın nəvələriyik" adlı tədbir keçirildi
Tədbir / 10-05-2026, 08:56

"Biz Heydər babanın nəvələriyik" adlı tədbir keçirildi

 

   

Esmanur Tədris İnkişaf Mərkəzində "Heydər babanın nəvələriyik"  adlı tədbir qeyd olunub. 
 
Ümummilli Lider Heydər Əliyevin 103 illik yubileyi münasibətilə tədbir Esmanur Tədris İnkişaf Mərkəzində qeyd olunub. Tədbir mərkəzin Sumqayıt şəhərində yerləşən “Ləma” filialında keçirilib.
Əvvəlcə Uşaq bağçası körpələr evinin kollektivi Sumqayıt şəhərinin Heydər parkında Ümummilli Lider Heydər Əliyevin  ucalan abidəsini ziyarət edib, abidə önünə tər qərənfillər  düzərək dərin ehtiram və hörmətlə yad ediblər. 
 
Sonra Heydər Əliyev Muzeyi ziyarət olunub.  Muzeydə Ulu Öndərin zəngin dövlətçilik irsi, çoxşaxəli siyasi fəaliyyəti, o cümlədən mənalı ömrünün Naxçıvan mərhələsi haqqında İlahə Xudu qızı Əliyeva ətraflı məlumat verib. Uşaqların diqqətinə çatdırıb ki, Ulu Öndərin ailəsinə, onun uşaqlıq və gənclik illərinə həsr olunmuş stendlər, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri işlədiyi dövrə aid sənəd və materiallar, imzaladığı məktub, qərar, sərəncam və müqavilələrin surətlərini görsədərək Dahi şəxsiyyətin uşaqlıq, gənclik illərindən danışıllb.
Tədbirdə öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Daha sonra Ümummilli Lider Heydər Əliyevin, eləcə də müstəqilliyimiz, azadlığımız və ərazi bütövlüyümüz uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 
Esmanur Tədris İnkişaf Mərkəzinin təsisçisi və direktoru İlahə Xudu qızı Əliyeva çıxış edərək dahi şəxsiyyət Heydər Əliyevin həyat və fəaliyyətindən danışıb. İlahə xanım çıxışında müasir Azərbaycanın memarı olan Ulu Öndərin uşaqlara göstərdiyi diqqət və qayğıdan bəhs edib. O bildirib ki, Esmanur Tədris İnkişaf Mərkəzi “Öyrənməyi öyrənək, sağlam yaşayaq” prinsipi ilə fəaliyyət göstərərək savadlı, vətənpərvər və sağlam düşüncəli körpələrin yetişdirilməsi istiqamətində daim çalışdığını bundan sonrada fəaliyyətində müasir Azərbaycanın yaradıcısı Heydər Əliyevin "Uşaqlar bizim gələcəyimizdir" kəlamını rəhbər tutaraq xidmət edəcəklərini qeyd etdi. 
Tədbirin davamında balaca Fidan üçrəngli Azərbaycan bayrağı ilə səhnəyə daxil olaraq “Azərbaycan bayrağı” adlı rəsmi nümayiş etdirib.
Sonra balacalar “Müstəqil Azərbaycanın uşaqları” adlı səhnəciklər təqdim edib, vətənpərvərlik mövzusunda şeirlər səsləndiriblər. Balaca, orta və böyük qrupların ifasında rəngarəng rəqs nömrələri təqdim olundu. 
Tədbirin sonunda bağçanın bəzi müəllimləri, dayələri və tərbiyəçiləri rəhbərlik tərəfindən nümunəvi fəaliyyətlərinə görə mükafatlandırılıblar.
Tədbir kollektivin birgə ifasında səsləndirilən “Heydər babanın nəvələriyik” mahnısı ilə yekunlaşıb.
 



 

   

  


 

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.