Xəbər lenti
Dəmir yumruq » Sosial » Qanunsuz ov edən şəxs cəzalandırılıb
Sosial / Hadisə / 1-08-2022, 13:32

Qanunsuz ov edən şəxs cəzalandırılıb

Qanunsuz ov edən şəxs cəzalandırılıb

Qızılağac Milli Parkının əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı milli parkın ərazisində ov edən şəxs saxlanılıb.

Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Babayeva bildirib ki, araşdırma zamanı brakonyerin Masallı rayon sakini İmanverdi Orucov olduğu müəyyən edilib, ondan istifadəsi qadağan olunmuş ov alətləri götürülüb və barəsində qanunamüvafiq tədbir görülüb.
“Milli parkın Kiçik Körfəz adlanan ərazisində keçirilən nəzarət tədbirləri zamanı isə su hövzəsindən 1950 metr uzunluğunda sintetik tor yığışdırılıb”.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.