Dəmir yumruq » Sosial » Bir kliklə başlayan kabus: Uşaqlar internetdə necə hədəfə çevrilirlər?
Sosial / Bugün, 09:07

Bir kliklə başlayan kabus: Uşaqlar internetdə necə hədəfə çevrilirlər?

 

Müasir dövrdə sosial şəbəkələr təkcə böyüklərin deyil, uşaq və yeniyetmələrin də həyatının ayrılmaz hissəsinə çevrilib.
 
Belə ki, uşaqlar sosial şəbəkələr vasitəsilə asudə vaxtlarını keçirir, dostları ilə ünsiyyət qurur və müxtəlif məlumatlar əldə edirlər.
 
Lakin bütün bunlarla yanaşı, sosial şəbəkələr uşaqlar üçün müxtəlif təhlükələr də yaradır.
 
Bəs sosial şəbəkələrin təhlükəli tərəflərindən uşaqları necə qorumalıyıq?
 
Qeyd edək ki, bir çox sosial şəbəkələrdə istifadəçilər üçün yaş məhdudiyyəti tətbiq olunur.
 
Kibertəhlükəsizlik üzrə ekspert Əmrah Mövsümzadənin Azad Azərbaycan Televiziyasına (ATV) dediyinə görə, uşaqlar sosial şəbəkələrdəki oyunlar və müxtəlif platformalar vasitəsilə tanış olduqları şəxslərlə bəzən şəxsi məlumatlarını paylaşır, hətta onlara şəkillərini göndərirlər.
 
"Bu məlumatlar sonradan şantaj və təhdid vasitəsi kimi istifadə oluna bilər", - deyə ekspert vurğulayıb.
 
Sosioloq Üzeyir Şəfiyev isə qeyd edib ki, internet resurslarında aqressiv məzmunlu oyunlar geniş yayılıb və bunlar uşaqların davranışına mənfi təsir göstərir.
 
"Yeniyetmələr arasında baş verən cinayət hadisələrinin səbəblərini araşdırarkən onların bir qisminin aqressiv və zərərli məzmunun təsiri altında olduğu üzə çıxır", - deyə sosioloq bildirib.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.