Dəmir yumruq » Sosial » Ən çox kredit verilən ali təhsil müəssisələrinin adları açıqlandı
Sosial / Bugün, 09:45

Ən çox kredit verilən ali təhsil müəssisələrinin adları açıqlandı

Təhsil Tələbə Krediti Fondunun fəaliyyətə başladığı tarixdən əldə olunan nəticələr yüksək dinamika nümayiş etdirir.

Demiryumruq.az xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini Kənan Kərimzadə sosial şəbəkə hesabında yazıb.
 
O bildirib ki, hazırkı dövrədək 79 mindən çox kredit müqaviləsi rəsmiləşdirilmiş və ümumilikdə təhsil kreditlərinin maliyyələşdirilməsinə 74 milyon manatdan artıq vəsait ayrılıb:
 
"Təhsil tələbə kreditindən yararlananların 63 faizi qadınlardır. Dövlətimizin yaratdığı bu imkanlar tələbələrimizin arzuladıqları ixtisası seçmələrinə və yüksək akademik göstəricilər əldə edərək müvafiq güzəştlərdən yararlanmalarına dəstək olub".
 
Nazir müavinin yayımladığı məlumatda ən çox təhsil krediti verilmiş 10 ali təhsil müəssisəsi də qeyd olunub.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.