Təhsil Tələbə Krediti Fondunun fəaliyyətə başladığı tarixdən əldə olunan nəticələr yüksək dinamika nümayiş etdirir.
Demiryumruq.az xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini Kənan Kərimzadə sosial şəbəkə hesabında yazıb.
O bildirib ki, hazırkı dövrədək 79 mindən çox kredit müqaviləsi rəsmiləşdirilmiş və ümumilikdə təhsil kreditlərinin maliyyələşdirilməsinə 74 milyon manatdan artıq vəsait ayrılıb:
"Təhsil tələbə kreditindən yararlananların 63 faizi qadınlardır. Dövlətimizin yaratdığı bu imkanlar tələbələrimizin arzuladıqları ixtisası seçmələrinə və yüksək akademik göstəricilər əldə edərək müvafiq güzəştlərdən yararlanmalarına dəstək olub".
Nazir müavinin yayımladığı məlumatda ən çox təhsil krediti verilmiş 10 ali təhsil müəssisəsi də qeyd olunub.