Xəbər lenti
Dəmir yumruq » Sosial » Pensiyalar ödənildi - Şad xəbər
Sosial / 6-03-2026, 06:57

Pensiyalar ödənildi - Şad xəbər

 

Qarşıdan gələn bayramlarla əlaqədar bu ay pensiya, müavinət və təqaüdlərin qrafikdən əvvəl ödənilməsinə başlanılıb.

Bu gün Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu üzrə mart ayının pensiyaları ödənilib.

Qeyd edək ki, Novruz və Ramazan bayramları ərəfəsində ölkəmizin digər bölgələri üzrə pensiyaların və güzəştli şərtlərlə pensiya təyin edilən şəxslərin pensiyalarının ödənişi planlaşdırılır.

Eyni zamanda mart ayının müavinət və təqaüdlərinin də qrafikdən əvvəl olmaqla Novruz və Ramazan bayramlarına qədər ödənilməsi nəzərdə tutulub.


DəmirYumruq

Baş redaktor: Anar Əlişahoğlu
Telefon: +99499 100 99 23
Telefon: +99477 100 77 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.