Dəmir yumruq » Mədəniyyət » ""Səni çox sevirəm" deyənlərə inanmayın" - Cavidan Novruz
Mədəniyyət / Dün, 11:16

""Səni çox sevirəm" deyənlərə inanmayın" - Cavidan Novruz

 

“İlin əvvəlində dəyər verdiyim, arxalandığım, dost hesab etdiyim bir neçə insan vardı. Bu gün isə rahatlıqla deyə bilərəm ki, 3–4 nəfər sizə sadəcə ‘bir quş’ qədərdir".
 
Demiryumruq.az Musavat.com-a istinadla xəbər verir ki, bu sözləri aktyor Cavidan Novruz sosial media hesabında yazıb. 
 
İlin ilk günlərində etdiyi paylaşımla diqqət çəkən aktyor  məyusluğunu belə dilə gətirib:
 
"Açığı, çox ciddi məyusluq yaşadım. Amma yaxşı ki, ilin lap əvvəlində bəzi insanların həqiqi simasını görə bildim. Buna görə də təşəkkür edirəm.
 
"Səni çox sevirəm" deyən hər kəsə inanmaq olmaz. Bəziləri yalnız öz maraqları üçün yaxınlıq göstərir, istifadə edir. Təəssüf… Onlar üçün etdiyim yaxşılıqlara, ürəkdən verdiyim dəstəyə heyif. Bir daha başa düşdüm ki, insanın mahiyyəti məhz budur”.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.