AFFA İntizam Komitəsi (İK) "Qarabağ" və "Zirə" komandaları arasında keçirilmiş Azərbaycan Kubokunun final oyununda baş verənlərlə bağlı qərarlanı açıqlayıb.
Milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, Ağdam təmsilçisi azarkeşlərə görə 4 000 manat məbləğində cərimələnib. Buna fanatların kütləvi şəkildə təhqiramiz ifadələr işlətməsi səbəb olub. Tərəfdarlar matçda pirotexnikadan istifadə edərək klubu 800 manat da ziyana salıb.
İK nominal meydan sahibi olan "köhlən atlar"a təcili tibbi yardım nümayəndəsi oyuna təyin olunan vaxtdan gec gəldiyi üçün əlavə 3 200 manat cərimə təyin edib.
"Zirə" klubu isə 1 600 manat ödəyəcək. "Qartallar"ın məşqçisi Eltun Yaqublu cəzalı olduğu halda meydana daxil olduğu üçün cəzasına bir oyun əlavə edilib. Klub buna görə 800 manat ziyana düşüb. Paytaxt təmsilçisi daha 800 manatı 5 futbolçusunun sarı vərəqə ilə cəzalanması səbəbindən ödəyəcək.