Xəbər lenti
Dəmir yumruq » Manşet » Bir neçə ölkə ilə hökumətlərarası komissiyaların tərkibinə dəyişiklik edilib
Manşet / Siyasət / 12-04-2022, 13:30

Bir neçə ölkə ilə hökumətlərarası komissiyaların tərkibinə dəyişiklik edilib

Bir neçə ölkə ilə hökumətlərarası komissiyaların tərkibinə dəyişiklik edilib

Prezident İlham Əliyev “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 mart tarixli 2016 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Sərəncam imzalayıb.

Sərəncama əsasən Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın üzvləri siyahısına Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin sədri də əlavə edilir.

Dövlət başçısının daha bir sərəncamı ilə Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın üzvlərinin siyahısına Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin sədrinin müavini, Ələt azad iqtisadi zonasının səlahiyyətli qurumunun İdarə Heyətinin sədri əlavə edilib.

Azərbaycan Respublikası ilə Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibinə isə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin sədri, Ələt azad iqtisadi zonasının səlahiyyətli qurumunun İdarə Heyətinin sədri əlavə edilib.

Digər bir sərəncamla “Azərbaycan Respublikası və Polşa Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın üzvlərinin siyahısına Dövlət Turizm Agentliyi sədrinin müavini, Qida Təhlükəsizliyi Agentliyinin sədrinin müavini, Ələt azad iqtisadi zonasının səlahiyyətli qurumunun İdarə Heyətinin sədri əlavə edilib.

“Azərbaycan Respublikası Hökuməti və Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında iqtisadi, ticarət və texniki əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın üzvləri siyahısına Qida Təhlükəsizliyi Agentliyinin sədri əlavə edilib.

“Azərbaycan Respublikası Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında Birgə İqtisadi, Ticarət və Texniki Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibinin təsdiq edilməsi barədə” Sərəncama edilən dəyişikliyə görə isə komissiyanın üzvləri siyahısına Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin sədrinin müavini əlavə edilib.

Xarici İşlər Nazirliyinə dəyişikliklər barədə müvafiq dövlətlərə bildiriş göndərmək tapşırılıb.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.