ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi (NASA) 2040-cı ildən əvvəl Marsa insan endirməyi planlaşdırır.
Bu barədə NASA-nın baş direktoru Bill Nelson bildirib.
"Planımız 2040-cı ilə qədər insanların Marsın səthində gəzə bilməsidir".
NASA rəhbəri əlavə edib ki, Marsın tədqiqi istiqamətində ilk addım insanın Aya qayıtması və onun orbitində stansiyanın mümkün yaradılması olacaq ki, bu da kosmosun dərin tədqiqi üçün istinad nöqtəsinə çevriləcək.