Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı baş tutub.
Bu barədə Kremlin mətbuat xidmətindən bildiriblər.
Məlumata əsasən, telefon danışığı zamanı V.Putin Rusiya tərəfinin münaqişənin həlli üçün Ukrayna hakimiyyəti və xarici tərəfdaşları ilə dialoqa hazır olduğunu təsdiqləyib.
"Rusiya və Türkiyə prezidentləri iki ölkənin diplomatik və hərbi idarələri arasında əlaqələrin davam etdirilməsinin vacibliyini bəyan ediblər. Vladimir Putin Rusiya tərəfinin Türkiyə vətəndaşlarının döyüş bölgələrindən təhlükəsiz təxliyəsi üçün bütün lazımi yardımı göstərməyə hazır olduğunu təsdiqləyib", - deyə Kremlindən bildirilib.
Tərəflər, həmçinin qarşılıqlı faydalı Rusiya-Türkiyə ticarət-iqtisadi əməkdaşlığını davam etdirmək üzrə razılaşıblar.
İki ölkə liderləri müxtəlif səviyyələrdə sıx təmasların davam etdirilməsi barədə razılığa gəliblər.
XXX
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı baş tutub.
Bu barədə Türkiyə KİV-lərinə istinadən xəbər veririk.