Xəbər lenti
Dəmir yumruq » Manşet » Ölkə ərazisində dumanlı hava şəraiti martın 4-ü səhərədək davam edəcək
Manşet / Cəmiyyət / 3-03-2022, 14:26

Ölkə ərazisində dumanlı hava şəraiti martın 4-ü səhərədək davam edəcək

Ölkə ərazisində dumanlı hava şəraiti martın 4-ü səhərədək davam edəcək

Hazırda ölkə ərazisində dumanlı hava şəraiti müşahidə olunur. Dumanlı hava şəraiti martın 4-ü səhərədək davam edəcək.

Bunu Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.

Onun sözlərinə görə, duman sinoptik şəraitlə əlaqədar gözlənilən atmosfer hadisəsidir. Belə ki, Xəzər dənizindən cənub-şərq axınları ilə rütubətli hava kütlələrinin quruya doğru hərəkəti və inversiya qatı dumanın əmələ gəlməsinə səbəb olub.

G.Məmmədova bildirib ki, Naftalan, Şəmkir, Daşkəsən, Göygöl, Şamaxı, Qobustan, Altıağac, Quba, Qusar, Xaçmaz, Xaltan, Yevlax, Göyçay, Sabirabad, Hacıqabul, İmişli, Cəfərxan, Salyan, Neftçala, Biləsuvar, Lənkəran, Lerik, Astara, Ağdam, Bakı və Abşeron yarımadasında görüntü 50-500 metrədək məhdudlaşıb. Belə hava şəraiti martın 4-ü səhərədək davam edəcək.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.