Xəbər lenti
Dəmir yumruq » Manşet » Prezident Əlaqələndirmə Qərargahına 5 yeni üzv təyin etdi
Manşet / Siyasət / 3-03-2022, 13:50

Prezident Əlaqələndirmə Qərargahına 5 yeni üzv təyin etdi

Prezident Əlaqələndirmə Qərargahına 5 yeni üzv təyin etdi

Prezident İlham Əliyev işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahına daha 5 üzv təyin edib.

Prezident müvafiq Qanuna dəyişikliyin edilməsi ilə bağlı Sərəncam imzalayıb.

Dəyişikliklərə əsasən, Baş nazirin müavini Şahin Mustafayev, Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri Natiq Əmirov, Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, energetika naziri Pərviz Şahbazov və Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri Vüqar Süleymanov Əlaqələndirmə Qərargahına üzv təyin ediliblər.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.