Xəbər lenti
Dəmir yumruq » Manşet » Rusiya mövqeyini dəyişmədi: cavabımız "xeyr"dir - ABŞ
Manşet / Dünya / 20-02-2022, 18:03

Rusiya mövqeyini dəyişmədi: cavabımız "xeyr"dir - ABŞ

Rusiya mövqeyini dəyişmədi: cavabımız "xeyr"dir - ABŞ

Rusiya ABŞ-ın təhlükəsizlik təkliflərinə cavab olaraq müəyyən məsələlərdə mövqeyini dəyişmək istəmədiyini nümayiş etdirib.

Bu açıqlama ilə ABŞ Dövlət katibi Entoni Blinken çıxış edib.

“Rusiya bizim sadiq olduğumuz əsas prinsiplərimizlə əsaslı ziddiyyət təşkil edən mövqe tutmaqda davam edir”, - Blinken vurğulayıb.

Blinken qeyd edib ki, təhlükəsizlik dialoqunda müzakirə üçün konkret ideyalar var: “Lakin NATO-nun yeni üzvləri qəbul etməkdən imtina etməsinə gəlincə, cavab “xeyr"dir”.

Onun fikrincə, ABŞ və Rusiya qarşılıqlı inam yaratmaq, riskləri azaltmaq və silahlara nəzarət etmək üçün birlikdə işləyə bilərlər.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.