Xəbər lenti
Dəmir yumruq » Manşet » “Villeroy & Boch” “CasaMia”nı seçdi
Manşet / Hadisə / 17-02-2022, 18:23

“Villeroy & Boch” “CasaMia”nı seçdi

 “Villeroy & Boch” “CasaMia”nı seçdi

Almaniyanın lüks premium keramika, hamam otağı aksesuar istehsalçısı “Villeroy & Boch”, “CasaMia” mağazalar şəbəkəsi ilə birlikdə Azərbaycanda biznesi genişləndirmək niyyətindədir. Bu məqsədlə şirkətin nümayəndə heyəti paytaxt Bakıya səfər edib və “CasaMia”nın şourumunu ziyarət edib.

“Villeroy & Boch”un ixrac üzrə direktoru Thorsten Bies qeyd edib ki, şirkət Azərbaycanda eksklüziv biznes partnyoru olan “CasaMia” ilə əməkdaşlığı yüksək qiymətləndirir: “Tərəflər arasında əməkdaşlıq beş il əvvəl başlayıb. Hər iki şirkət Azərbaycanda istehlakçılara hamam otaqları ilə bağlı premium həll yollarını təqdim etməyə dair eyni dəyər və fəlsəfəni bölüşür. 2023-cü ildə şirkətimiz öz 275 illiyini qeyd edəcək. “Villeroy & Boch” hələ də ailəyə məxsus olan Almaniyanın qədim şirkətlərindəndir.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.