Xəbər lenti
Dəmir yumruq » Manşet » Sürücülərin yolu bağlamasına görə cinayət işi açıldı
Manşet / Hadisə / 17-02-2022, 18:21

Sürücülərin yolu bağlamasına görə cinayət işi açıldı

Sürücülərin yolu bağlamasına görə cinayət işi açıldı

Bu gün TIR sürücülərinin paytaxtın H.Əliyev prospektində yolu bağlaması faktı ilə əlaqədar cinayət işi başlanılıb.

Bu barədə açıqlamasında Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli məlumat verib.

O bildirib ki, fakta görə Cinayət Məcəlləsinin 233-cü (İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) maddəsi ilə Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət işi başlanılıb:

"Məsələyə hüquqi müstəvidə qiymət veriləcək".

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.