Xəbər lenti
Dəmir yumruq » Manşet » “ASAN xidmət”in ötən ildəki fəaliyyətinə dair hesabat təqdim edilib
Manşet / Hadisə / 11-02-2022, 14:28

“ASAN xidmət”in ötən ildəki fəaliyyətinə dair hesabat təqdim edilib

“ASAN xidmət”in ötən ildəki fəaliyyətinə dair hesabat təqdim edilib
“ASAN xidmət”in ötən ildəki fəaliyyətinə dair hesabat təqdim edilib

Yeni fəaliyyətə başlayan 2 saylı Gəncə regional "ASAN xidmət'' mərkəzində kütləvi informasiya vasitələrinin nümayəndələri üçün “ASAN xidmət”in 2021-ci ildəki fəaliyyətinə dair hesabat xarakterli mətbuat konfransı keçirilib.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev təqdimatla çıxış edərək agentliyin tabeliyində olan qurumların qeyd olunan dövr ərzində fəaliyyəti, “ASAN xidmət”ə 2021-ci ildə daxil olan müraciətlərin bölgüsü və digər statistik göstəricilər barədə məlumat verib.

Dövlət Agentliyinin sədri, eyni zamanda müvafiq dövr ərzində icra olunmuş müxtəlif sosial layihələr və beynəlxalq əməkdaşlıq, elektron hökumət quruculuğu, innovasiyalar, innovativ ideyaların təşviqi, startap mühitinin inkişafı, bu sahəyə verilən dövlət dəstəyi, “ABAD”, "YAŞAT" Fondu və “ASAN könüllüləri”nin fəaliyyəti sahəsində görülmüş işləri qeyd edib.

Tədbirdə 2 saylı Gəncə regional "ASAN xidmət'' mərkəzi, həmçinin fəaliyyətə başlayacaq yeni mərkəzlər, gələcək planlar barədə də məlumat verilib.

Sonda kütləvi informasiya vasitələrinin nümayəndələrinin sualları cavablandırılıb.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.