Xəbər lenti
Dəmir yumruq » Manşet » Bərdədə karantin rejiminin pozulduğu toy məclisi aşkar edilib
Manşet / Hadisə / 9-02-2022, 15:59

Bərdədə karantin rejiminin pozulduğu toy məclisi aşkar edilib

 Bərdədə karantin rejiminin pozulduğu toy məclisi aşkar edilib

Bərdə Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri yoxlamalar zamanı Hacıallı kəndindəki “Atabəy” şadlıq sarayında təşkil olunmuş toy məclisində karantin qaydalarının pozulduğu aşkar edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, qayda pozuntusu ilə əlaqədar restorana cavabdeh olan Təbriz Əlizadə barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə o, səkkiz gün müddətinə inzibati qaydada həbs olunub.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.