Dəmir yumruq » Manşet » “Azəristiliktəchizat” ASC-nin sədri vəzifəsindən azad edildi
Manşet / Hadisə / 7-02-2022, 19:43

“Azəristiliktəchizat” ASC-nin sədri vəzifəsindən azad edildi

“Azəristiliktəchizat” ASC-nin sədri vəzifəsindən azad edildi

Prezident İlham Əliyev Y.M.Həsənovun “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilməsi haqqında Sərəncam verib.
Sərəncamla Yaşar Məmmədəli oğlu Həsənov “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilir.

“Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyətinin sədri təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyəti sədrinin müavini İlham Ata oğlu Mirzəliyevə həvalə edilir.

Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

DəmirYumruq

Baş redaktor: Anar Əlişahoğlu
Telefon: +99499 100 99 23
Telefon: +99477 100 77 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.