Bəzi tibb müəssisələrində buster dozanı fərqli vurdurmaq istəyən vətəndaşlara bildirilib ki, əgər üçüncü dozada vaksinin növü dəyişdirilsə, dörüncü dozanın vurulması mütləqdir.
Yəni ilk iki dozada “Sinovak”la peyvəndlənən vətəndaş “buster” dozada “Pfizer” seçərsə, bu zaman o “Pfizer”lə dörüncü dəfə peyvəndlənməlidir.
Məsələ ilə bağlı TƏBİB-dən bildirilib ki, dördüncü doza mütləq deyil, “buster” doza olaraq fərqli vaksin vurula bilər.
“Buster doza olaraq vətəndaşlar ölkəmizdə istifadə olunan istənilən peyvənd növünü tətbiq edə bilər”, – deyə TƏBİB-in sözçüsü Elnarə Baxış bildirib.