Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev rayonun kənd və qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndələrinin və bələdiyyə sədrlərinin iştirsakı ilə “Görülən işlər və qarşıda duran vəzifərlər” mövzusunda iclas keçirib.
RİH başçısı A.Fərzəliyev rayon ərazisində bir sıra problemlərin olduğunu qeyd edərək kənd və qəsəbələrdə məişət tullantılarının ərazidən uzaqlaşdırılmasında, daxili küçələrin düzəldilməsində və abadlıq işlərinin aparılmasında ciddi problemlərin olduğunu qeyd edib.
Abşeron rayonunda yaşayan şəhid və qazi ailələrinə göstərilən diqqət və qayğının daha da artırılmasının vacibliyini qeyd edən RİH başçısı bildirib ki, müharibənin ağrı-acılarını yaşayanlar bu diqqəti təkcə bayramlarda deyil, gündəlik həyatlarında da hiss etməlidirlər.
RİH başçısı Abdin Fərzəliyev inzibati ərazi dairəsi üzrə nümayəndələrə 15 gün müddətində işlərində dönüş yaratmağı, kənd və qəsəbələrdə olan problemləri aradan qaldırmağı tapşırıb.