Xəbər lenti
Dəmir yumruq » Manşet » Əliyev açıqladı: Ermənistandan müsbət xəbərlər alırıq
Manşet / Siyasət / 25-01-2022, 20:31

Əliyev açıqladı: Ermənistandan müsbət xəbərlər alırıq

Əliyev açıqladı: Ermənistandan müsbət xəbərlər alırıq

Siz dünən eyni zamanda Zəngəzur dəhlizinin yaradılması üçün aparılan işlərlə də tanış olmusunuz. Həm avtomobil yolu, həm dəmir yolu artıq uğurla inşa edilir.

Bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 25-də İran İslam Respublikasının yol və şəhərsalma naziri, Azərbaycan-İran Hökumətlərarası Birgə İqtisadi Əməkdaşlıq Komissiyasının həmsədri Rüstəm Qasıminin başçılıq etdiyi nümayəndə heyətini videoformatda qəbul edərkən deyib.

“Ermənistandan da biz müsbət xəbərlər alırıq. Ermənistan öz tərəfində də bu işlərə start verməyi planlaşdırır. Ümid edirəm ki, müharibədən sonrakı dövr bütün region üçün yeni imkanlar açacaq. Əlbəttə ki, İran İslam Respublikasının bu işlərə töhfəsi də çox önəmlidir”, - dövlət başçısı vurğulayıb.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.