Xəbər lenti
Dəmir yumruq » Manşet » 170 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb onlardan 22 nəfəri torpaqlarımızın işğaldan azad edilməsi ilə nəticələnən Vətən müharibəsinin iştirakçılarıdır
Manşet / Hadisə / 23-01-2022, 18:39

170 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb onlardan 22 nəfəri torpaqlarımızın işğaldan azad edilməsi ilə nəticələnən Vətən müharibəsinin iştirakçılarıdır

170 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb onlardan 22 nəfəri torpaqlarımızın işğaldan azad edilməsi ilə nəticələnən Vətən müharibəsinin iştirakçılarıdır

Sentyabrın 17-də daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun iştiraki ilə respublikanın şəhər, rayon polis orqanlarında sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət etmək arzusunda olan gənclərin növbəti sıra baxışı keçirilib.

Sıra baxışında əvvəlcədən verilmiş elana uyğun olaraq, nazirliyə onlayn qaydada müraciət etmiş gənclərdən daha hazırlıqlı olan 170 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb. Onlardan 22 nəfəri torpaqlarımızın işğaldan azad edilməsi ilə nəticələnən Vətən müharibəsinin iştirakçılarıdır.

General-polkovnik V.Eyvazov xidmətə qəbul ediləcək gənclərə polis adını və şərəfini daim uca tutmalarını, müasir informasiya texnologiyalarının sirlərinə yiyələnmələrini, vətəndaşların müraciətlərinə həssaslıqla və operativ şəkildə yanaşmalarını, onlarla ünsiyyətdə, rəftarda hər zaman yüksək mədəniyyət və təmkinlik nümayiş etdirmələrini, ədalətli, obyektiv və dürüst olmalarını, fəaliyyətlərində peşəkar həmkarlarının təcrübəsindən yararlanmalarını tövsiyə edib.

Qeyd edək ki, polis orqanlarında xidmət etmək arzusunda olan kişi cinsli vətəndaşlar üçün müsabiqələr davam edir. Müsabiqədə iştirak etmək istəyən şəxslər DİN-in rəsmi “mia.gov.az” saytına daxil olub “vətəndaşların nəzərinə” bölməsinə keçid edərək uyğun gəldikləri vakansiyaya daxil olmalı, orada yerləşdirilmiş elektron ərizə formasını doldurduqdan sonra “[email protected]” ünvanına göndərməlidirlər. Müraciət qeydiyyata alındıqdan sonra Baş Kadrlar İdarəsinin əməkdaşları seçim turunun növbəti mərhələləri barədə onları məlumatlandıracaqlar.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.