Xəbər lenti
Dəmir yumruq » Manşet » Baş nazir Əli Əsədov Monteneqro parlamentinin sədri ilə görüşüb
Manşet / Hadisə / 17-01-2022, 18:56

Baş nazir Əli Əsədov Monteneqro parlamentinin sədri ilə görüşüb

Baş nazir Əli Əsədov Monteneqro parlamentinin sədri ilə görüşüb

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov yanvarın 17-də Monteneqro parlamentinin sədri Aleksa Beçiç ilə görüşüb.

Bu barədə Nazirlər Kabineti məlumat yayıb.

Bildirilib ki, görüşdə Azərbaycan-Monteneqro dostluq münasibətlərinin müxtəlif istiqamətlərdə uğurla inkişaf etdiyi bildirildi, A.Beçiçin səfərinin ikitərəfli əməkdaşlığın genişləndirilməsinə təkan verəcəyinə əminlik ifadə olundu.

Həmçinin Azərbaycan ilə Monteneqro arasında ticari-iqtisadi, humanitar, mədəniyyət, turizm və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olundu.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.