2022-ci ildə Azərbaycana yeni növ koronavirus (COVID-19) əleyhinə ümumilikdə 3 milyon 280 min doza vaksin gətirilməsi nəzərdə tutulub.
Bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Marketinq və ictimaiyyətlə əlaqələr departamentindən bildirilib.
Qeyd olunub ki, ölkəyə cari ildə 3 milyon 200 min doza Çin istehsalı olan “Coronavac”, 80 min doza isə Rusiya istehsalı olan “Sputnik V” vaksininin gətirilməsi planlaşdırılıb.
Xatırladaq ki, hazırda Azərbaycanda COVID-19 əleyhinə vaksinasiyada “Coronavac”, “Sputnik V” və “Pfizer” vaksinlərindən istifadə olunur.