Dəmir yumruq » Manşet » Putinlə Szinpin görüşdü
Manşet / Dünya / Bugün, 07:35

Putinlə Szinpin görüşdü

 

Rusiya Prezidenti Vladimir Putin və Çin sədri Si Szinpin Şençjendə keçirilən Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq (APEC) sammiti çərçivəsində danışıqlara başlayıblar.
 
Demiryumruq.az xəbər verir ki, Szinpin iki ölkənin münasibətlərini yeni tip böyük dövlət münasibətləri üçün model adlandırıb və onları dağla müqayisə edib.
 
“Güclü liderliyimiz altında Çin-Rusiya münasibətləri dünyada baş verən hər hansı bir çətinliyə baxmayaraq, dağ kimi sabit olub və qalmaqdadır, - Çin lideri vurğulayıb.
 
Putin cavab olaraq iki ölkənin işinin yüksəlişdə olduğunu və xarici siyasət əlaqələrinin sabit olduğunu bildirib.
 
O, Moskva və Pekinin daha ədalətli çoxqütblü dünya nizamı üçün birgə mübarizə apardıqlarını söyləyib.
 
Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin, Çin lideri Si Szinpin və ABŞ Prezidenti Donald Tramp arasında üçtərəfli görüş 19 noyabrda planlaşdırılır.

DəmirYumruq

Baş redaktor: Anar Əlişahoğlu
Telefon: +99499 100 99 23
Telefon: +99477 100 77 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.