Dəmir yumruq » Manşet » Fermerlər vergi öhdəliyi ilə üzləşdikdə, dövlət qurumlarının sektora müdaxiləsi də qaçılmaz OLACAQ-DEPUTAT
Manşet / Müsahibə / Dün, 17:21

Fermerlər vergi öhdəliyi ilə üzləşdikdə, dövlət qurumlarının sektora müdaxiləsi də qaçılmaz OLACAQ-DEPUTAT

 

Millət vəkili Əli Məsimli kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən istehsalçıların gəlir və mənfəətlərinin 10 faizinin vergiyə cəlb olunmasını nəzərdə tutan müddəanın Vergi Məcəlləsindən ləğv olunmasını təklif edib.
 
Demiryumruq.az xəbər verir ki, bu təşəbbüslə deputat Milli Məclisin cari plenar iclasında Vergi Məcəlləsinə edilən dəyişikliklərin müzakirəsi zamanı çıxış edib. O, 2027-ci ilin əvvəlindən qüvvəyə minəcək bu qaydanın fermerlərin çiyninə ağır maliyyə yükü qoyacağını vurğulayıb.
 
Əli Məsimli qeyd edib ki, kənd təsərrüfatı sektorunda çalışanların gəlirlərindən vergi tutulması gözlənilən nəticələrdən daha çox zərər gətirə bilər: "Uçot sisteminin təkmilləşdirilməsi kiçik fermerlərə çətinliklər yaratmaqla deyil, stimullaşdırıcı və dəstəkləyici mexanizmlər vasitəsilə həyata keçirilməlidir. Fermerlər vergi öhdəliyi ilə üzləşdikdə, dövlət qurumlarının sektora müdaxiləsi də qaçılmaz olacaq".
 
Deputatın sözlərinə görə, bu dəyişiklik nəticəsində kəndli təsərrüfatlarında kameral və səyyar yoxlamaların intensivləşməsi, inzibati təzyiqlərin artması qaçılmazdır. O, bu yanaşmanın sahədə müsbət inkişafa deyil, əksinə, yeni problemlərə yol açacağından ehtiyat etdiyini bildirib.

DəmirYumruq

Baş redaktor: Anar Əlişahoğlu
Telefon: +99499 100 99 23
Telefon: +99477 100 77 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.