Dəmir yumruq » Manşet » Zakir Həsənov onlara ali hərbi rütbələri təqdim etdi - Foto
Manşet / Hadisə / Dün, 08:58

Zakir Həsənov onlara ali hərbi rütbələri təqdim etdi - Foto

 

Müdafiə naziri general-polkovnik Zakir Həsənov noyabrın 16-da Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən ali hərbi rütbələr verilən hərbi qulluqçularla görüşüb.
 
Müdafiə Nazirliyindən verilən məlumata görə, görüşdə Müdafiə Nazirliyinin hərbi qulluqçularına "general-leytenant" və "general-mayor" ali hərbi rütbələrinin verilməsi haqqında Prezidentin 7 noyabr 2026-cı il tarixli Sərəncamı və müdafiə nazirinin müvafiq əmri oxunduqdan sonra zabitlərə rütbələr təqdim edilib.
 
General-polkovnik Z.Həsənov Ali Baş Komandanın təbrikini hərbi qulluqçulara çatdırıb, onlara gələcək xidmətlərində uğurlar arzulayıb.
 
Təltif olunan zabitlər öz növbələrində göstərilən etimada görə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.



DəmirYumruq

Baş redaktor: Anar Əlişahoğlu
Telefon: +99499 100 99 23
Telefon: +99477 100 77 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.